Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb - Nazir açıqladı

img

01-11-2023 [15:38]


Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə naziri Mai Kilah yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Qəzzada Nitzarim yaxınlığındakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasında yanacaq ehtiyatı tükənib: "Bununla bərabər, xəstəxana iki dəfə bombardman edildiyi üçün fəaliyyətini tamamilə dayandırıb".

Nazir əlavə edib k, Qəzzanın ən böyük xəstəxanası olan Şifa xəstəxanasında 24 saatdan az yanacaq ehtiyatı qalıb.

Qeyd edək ki, Türk-Fələstin Dostluq Xəstəxanası Qəzza zolağının şərqində, İsrail ordusunun qurudan girərək səhər saatlarında geri çəkildiyi əraziyə yaxın ərazidə yerləşir.

Qəzza zolağında xərçəng xəstələrinin müalicə olunduğu yeganə xəstəxana olan Türk-Fələstin Dostluq Xəstəxanası Fələstinin ən böyük xəstəxanalarından biri kimi seçilir.

Türkiyə tərəfindən inşa edilən, təxminən 34 min 800 kvadratmetr sahədə inşa edilən, 3 mərtəbəli və 180 çarpayılıq xəstəxananın tikintisi 2017-ci ildə başa çatdırılıb.

Onu da qeyd edək ki, oktyabrın 7-də başlayan müharibədən sonra Qəzzaya elektrik verilmir. Bu səbəbdən xəstəxanalar və digər vacib  qurumlar motorla işıqlandırılır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR