Əli Əsədov elmi ekspedisiyalarla bağlı yeni qərar imzaladı - Dəyişiklik

img

01-11-2023 [11:28]


Azərbaycanda elmi ekspedisiyaların təşkili və aparılması qaydalarına dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, elmi müəssisə tərəfindən təşkil edilən ekspedisiyalar elmi müəssisə rəhbərinin əmri əsasında yaradılır.

Bu əmrlə ekspedisiyanın elmi məqsədi, ekspedisiyanın rəhbəri, ekspedisiyanın tərkibi, görüləcək işlərin planı və smeta xərcləri təsdiq edilir. Ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən çox davam edərsə, ekspedisiya yenidən yaradılır və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Digər dəyişikliklə isə Azərbaycanda elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normalarına yenidən baxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA