Yaponiya Rusiyaya nota verdi - Helikopterə görə qırıcılar havalandırıldı

img

01-11-2023 [09:25]


Yaponiya Rusiyaya nota verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, ötən gün Rusiya helikopteri Hokkaydo yaxınlığında Yaponiyanın hava məkanını pozub: "Rusiya helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində milli hava məkanını pozub. Hava məkanının pozulmasından sonra Yaponiya Hava Qüvvələrinə məxsus döyüş təyyarələri önləyici tədbirlər həyata keçirib". 

Yaponiya hökuməti isə hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib.

Xatırladaq ki, sonuncu dəfə analoji hava məkanı pozuntusu 2022-ci ilin martında, Rusiyanın Ukraynaya hücumları başladıqdan sonra baş verib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA