Anomal istilər noyabrın ilk günlərində də davam edəcək
30-10-2023 [16:21]
“Oktyabrın anomal istiləri noyabrın ilk günlərində də davam edəcək”.
Mia.az xəbər evrir ki, bu məlumatı Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva VERİB.
O, bildirib ki, bəzi Avropa ölkələrində oktyabr ayının sonu anomal isti keçib. Son günlər qeyri-adi isti Londonda, Macarıstanda qeydə alınıb ( +21°C). Adətən ilin bu dövründə hava kəskin soyuyur və yağış yağmağa başlayır. Lakin, bu il İspaniyanın cənub sahillərində çimərlik mövsümü hələ də davam edir. Payızın isti keçməsindən əhali məmnun olsa da, alimlər o qədər də optimist deyillər və bunların hamısının iqlim dəyişmələrinin xəbərdarlıq əlamətləri olduğunu xatırladırlar.
Nazir müavini deyib ki, adətən payızın ortalarında atmosfer sirkulyasiyasında dəyişikliklər baş verir, soyuq arktik hava kütlələrinin ölkəyə axını sentyabr ayına nisbətən daha tez-tez müşahidə olunur:
“Amma nəzərə alsaq ki, havanın istiliyi hətta Sibirdə gün ərzində müsbət 15 dərəcəyə çatıb, o zaman Azərbaycanda belə mülayim havaya təəccüblənməyə dəyməz. Paytaxtda 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb. Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də, 2023-cü ilin oktyabrını əminliklə ən isti adlandırmaq olar”.
Onun sözlərinə görə, anomal sinoptik şərait nəticəsində, yağıntıların mövsümi paylanması qanunauyğunluğu da pozulur:
“Məsələn, bu ay ərzində Abşerona cəmi 8 mm yağıntı düşüb ki, bu da hətta iyun ayı normasından da azdır. Adətən oktyabr ayında təxminən 28 mm yağıntı qeyd edilir. Yağıntının miqdarı dağətəyi ərazilərdə oktyabr ayında adətən 120 mm-ə yaxın olduğu halda, bu il 44 mm-ə qədər qeydə alınıb ki, bu da yay fəsli normasının hətta yarısından da azdır.
Artıq altıncı aydır ki, okeanlarda rekord yüksək temperatur qeydə alınıb. Beləliklə, noyabr-dekabr aylarında ciddi dəyişikliklər olmasa, o zaman dünya alimlərinin fikrincə, 2023-cü il ən isti il ola bilər.
Noyabrın ilk günlərinə gəlincə, temperaturda ciddi dəyişikliklər proqnozlaşdırılmır. Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərində də davam edəcək. Havanın temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”.
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi