Fətullah Gülən: “Media cinayətkarın əlində öldürücü bir silahdır"

img

06-06-2014 [15:28]


"Gülən” camaatının lideri Fətullah Gülən Moskvada keçirilən Asiya və Avropa arasında media körpüsü forumuna məktub göndərib. 

ANS PRESS-in məlumatına görə, F.Gülən məktub vasitəsilə Türkiyə iqtidarına sətiraltı mesajlar göndərib.

"Media cinayətkarın əlində öldürücü bir silahdır, əxlaqını itirmişin əlində əxlaqsızlığı yayın bir vasitə, ictimai məsuliyyətin fərqində olan birinin əlində isə yer üzünü cənnətə çevirən iksirdir”, - deyə Gülən qeyd edib.

Fətullah Gülən həmçinin bnildirib ki, səhhətində problem yarandığına görə, foruma şəxsən qatıla bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA