DİN sözçüsündən əhaliyə çağırış: "Əgər vətəndaşda döyüş silahı varsa..."

img

30-10-2023 [09:50]


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, əgər vətəndaşda döyüş silahı varsa, o silah hansısa cinayətdə istifadə olunacaq: "Əgər istifadə olunma ehtimalı yoxdursa, o silah onun nəyinə lazımdır? Ona görə də qanunsuz saxlanılan odlu silah kimdə varsa təhvil verilməlidir. Könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə DİN həmin şəxsə təşəkkür edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA