Əliağa Vahidin qızı Universitetdə ayaqyolu təmizləyir: "Deputat Rafael Hüseynova zəng edirəm, açmır..."
29-10-2023 [10:47]
“İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox insan yazmışdı ki, o boyda şairin qızı işsizdir. Bəziləri isə rişxənd etdilər ki, hamı pensiya ilə dolanır da. Mən dilənçi deyiləm. Heç kimə demirəm ki, gətir mənə artıq pul ver. Axundov adına Milli Kitabxanada çalışırdım. 65 yaşımdan pensiyaya çıxarıb evdə oturtdular. 10 il qabyuyan işləmişəm. Metropolitendə də işləmişəm. Orada-burada işləməklə 42 il staj qazandım. Texniki universitetində ayaqyolu təmizləyirdim, sonra etiraz etdim. Elə əziyyətlərlə övladlarımı saxlamışam”
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahidqızı deyib.
O, daha sonra əlavə edib.
“Balaca qızım bəzən məni danlayır ki, neynirsən işi? Yaş keçir, nə işləyəcəksən?! Süpürgəçilik daha əlimdən gəlməz, o vaxt cavan idim. Millət vəkili Rafael Hüseynovun nömrəsini mənə verdilər. Bir neçə dəfə zəng etdim ki, ondan özüm üçün bir iş xahiş edim, amma telefonumu açmır. Atamın əşyaları onun rəhbərlik etdiyi Nizami muzeyində qorunur. Çox istərdim ki, orada məni bir işlə təmin etsin. Ən azından muzeydəki eksponatlara nəzarət edərdim. Hər dəqiqə də zəng etmək istəmirəm, çürükçü adam deyiləm. Rafael Hüseynov efirdə Füzulidən, Nizamidən, Nəsimidən danışır, amma bir dəfə də olsun Əliağa Vahiddən danışmayıb. Əliağa Vahid də balaca adam olmayıb axı” deyə müsahibimiz bildirib.
Firəngiz xanım qardaşının ona hər zaman yalan danışdığını bildirib.
“Qardaşım dünyasını dəyişəndən ailəsi elə də ürəkaçan vəziyyətdə deyil. Atamın şeirlərindən uşaq olarkən qonorar alırdıq. 40 manat mən alırdım, 40 manat da qardaşım. Üst-üstə gələndə 80 manat olurdu. Qardaşım o pulla universitet, mən isə texnikom oxudum. Kitab çıxanda, satılanda da bizə pul gəlirdi. Qardaşım gedib gizlin Masazırda özünə torpaq sahəsi almışdı. Gizlədib ki, hər şey qoy ona qalsın. Neçə illər məndən gizlin Prezident təqaüdü alıb. Mən guya bilib onun əlindən alacaqdım ki?” deyə Əliağa Vahidin qızı deyib.
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR