Milli Məclisdə ictimai dinləmə keçirilib

img

27-10-2023 [13:07]


Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.

Mia.az xəbər verir ki, ictimai dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar, QHT və media nümayəndələri iştirak ediblər.

Dinləmədə məişət zorakılığı, erkən yaşda evlilik, selektiv abortlar, qadın və uşaq cəzaçəkmə müəssilərindəki vəziyyət, qadın və uşaq problemlərinin qarşısının alınması ilə bağlı gələcəkdə də atılacaq addımlar, həmçinin bu qəbildən olan bir sıra məsələlər müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA