Rəsmi Tel-Əviv: "HƏMAS-la əsir mübadiləsinə hazırıq"

img

27-10-2023 [00:46]


"İsrail oktyabrın 7-də HƏMAS-ın hücumları zamanı əsir götürülən vətəndaşları ilə bağlı mübadiıə təklifinə razıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İsrailin dövlət telekanlı açıqlayıb.

Dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail Qətər və Misir də daxil olmaqla, vasitəçilərə Qəzza zolağındakı fələstinli qruplarla geniş əsir mübadilə razılaşmasını nəzərdən keçirməyə hazır olması barədə məlumatlandırıb.

Xatırladaq ki, HƏMAS 250-yə yaxın əsir götürdüyünü açıqlaylb. Dünən isə qruplaşma məlumat yayaraq İsrailin bombardmanlarında əsirlərdən təxminən 50 nəfərinin öldüyünü bəyan edib.

Lamiyə 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA