Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-10-2023 [00:07]
Qoç - əlverişli zamandır. Qeyri-adi layihəyə, mürəkkəb sifarişin icrasına başlamaq olar. Təxəyülünüzü işə salın. Nəzakətli, qayğıkeş olun. Mübahisə edənləri ayırın, bir-birlərinə dəyər verən adamlar arasında kompromisin əldə olunmasına yardım edin. Həmin adamlar nədənsə bu gün dil tapa bilmirlər.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri aradan qaldırın. Saatlar keçdikcə situasiya normallaşacaq. Axşam saatlarında uğursuz alış-veriş, mənasız xərclər ola bilər. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirməsəniz, pərişan qalacaqsınız.
Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - günün ilk yarısında çətinliklər olacaq. Əzmli davransanız, onların öhdəsindən gələ bilərsiniz. Hiyləgər taktika və effektiv strategiya hazırlayaraq irəliləyin. Adi günlərlə müqayisədə dostlar və tanşılar məsləhət, yardım üçün daha çox müraciət edirlər. Təcrübəniz onları səhvlərdən xilas edə bilər.
Günün ikinci yarısı yaxşı tanıdığınız insanlarla ünsiyyətlə bahəm, yeni münasibətlər üçün əlverişlidir. Çoxdan bəri sizi narahat edən problemləri yaxşı bələd olmadığınız insanlarla müzakirə etməyin. Belə müzakirələrdə həll variantı tapılmayacaq, amma əvəzində əhvalınız korlanacaq. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - təşəbbüskarlığın nümayişi, yeni və mürəkkəb işlərə başlamaq üçün əlverişli zamandır. Qüvvələrinizi yanlış dəyərləndirməyin. İmkanınız xaricində olan işə başlamayın. Sizə kömək edə biləcək insana yardım üçün müraciət etməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanların sizə rəğbəti artacaq. Yeni romantik hisslər istisna deyil.
Günün ikinci yarısı ailə və məişət qayğılarının həlli üçün yaxşıdır. Yaşam arealınızı qaydaya salın, təmizkar və intizamlı olun. Axşam saatlarında qonaqlar gələ bilər. Əks cins mənsubu ilə ünsiyyətdə diqqətli olun.
Şir - bəzi işlər nəzərdə tutduğunuz kimi getmirsə, narahat olmayın. Yaranan problemlər müvəqqətidir və çətinliklə də olsa, həll edilə bilər. Köç və ya təmirə hazırlaşırsınızsa, anlaşılmazlıqlara, kiçik çətinliklərə hazır olun. Xərclər artacaq.
Günün ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqları yaranacaq. Ən cüzi, xırda məsələ mübahisəni alovlandıra bilər. Rəğbət bəslədiyiniz insanların zəifliklərinə normal yanaşın. Başqalarının səhvləri zarafat mövzusu deyil.
Qız - günün ilk yarısı mürəkkəb olacaq. Emosional fon əlverişli deyil. Yanınızdakı insanlarla çətinliklə də olsa, dil tapın. Ünsiyyəti bir qədər məhdudlaşdırın. İmkan varsa, sürəkli olaraq sizi tənqid edən, səhvlərinizi xatırladan insanlarla təmaslardan imtina edin.
Günün ikinci yarısı xoş sürprizlər vəd edir. Müsbət təmayüllərin təsirindən faydalanın. Təxəyyülü işə salın. Yazılmamış qanunlar, ənənələr çərçivəsindən çıxın. Stereotipləri dağıdın.
Tərəzi - intuisiyanızı dinləsəniz, ağır fəsadlı səhvlərə yol vermək riskindən qurtula bilərsiniz. Kompleksləriniz və nöqsanlarınızı araşdırın. Qarşınıza yeni məqsədlər qoyun. Enerji səviyyəniz artır.Çoxdan bəri yolunuzda qalmış sədlərlə maneələri dəf edə bilərisiniz.
Günün ikinci yarısında metamorfozlarınız yaxın ətrafınızdakı insanları qıcıqlandıra bilər. Sizə dəyər verən insanlardan dəstək alacaqsınız. Yeni, mühüm işlərə başlamaq, uzunmüddətli planlar qurmaq olar.
Əqrəb - kimsəyə imkan verməyin ki, sizi aldatsın. İntuisiyanız kəskin olsun. Köhnə və yeni tanışların niyyətlərini təhlil edin. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə izləyin. İndiyədək səmimiyyət və dostluq pərdəsi altında sizə qarşı mənhus planlar hazırlayan şəxslə mübarizəyə başlayın.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması üçün əlverişlidir. Faydalı təcrübədən yararlanın. Ən çətin işin öhdəsindən gələ bilərsiniz. Bir şərtlə ki, bildiyinizi edəsiniz və kənar təsirlərə uymayasınız.
Oxatan - asan qələbələrə bel bağlamayın. Rəqibləri üstələyərək bədxahların məkrli tələsinə düşməyin. Situasiya o qədər də asan deyil. Baş verənləri anlamaq üçün səbrli olun. Dedutiv bacarığınızı işə salın.
Günün ikinci yarısı maliyyə, peşəkar fəaliyyət və əmlakla bağlı məsələləri həll etmək üçün sərfəlidir. Çərçivələrlə məhdudlaşmayın. İntellektual potensialınız yüksəkdir. Axşam saatlarına qədər məhsuldar işləyin.
Oğlaq - təmkinli və soyuqqanlı olun. Səbrli davransanız, problemləri həll edə bilərsiniz. Planlarınızın alt-üst olmasını seyr etmək asan deyil. Dəyər verdiyiniz insanlar səhvləri sıralayırlar.Emosional olsanız, düşünülməmiş addımlar ata bilərsiniz. Bunun isə nəticələri heç yaxşı olmayacaq.
Günün ikinci yarısında yaşlı qohumlarla fikir ayrılıqları olacaq. Ailədə sülhü qorumaq asan deyil. Təxribatlara uymayın, vədlərə inanmayın. Prinsiplərinizə sadiq qalın. Yalnız belə olarsa, situasiyanı nəzarətdə saxlaya biləcəksiniz.
Dolça - parlaq, yaddaqalan, qeyri-adi qərarlar və əməllər zamanıdır. İndiyədək sizin bacarıqlı adam olduğunuzu etiraf etmək istəməyənlər pərişan qalacaqlar. Planlaşdırılmamış görüş, xoş sürpriz, qeyri-adi tapıntılar ola bilər. Həyatdan həzz alın, taleyin hədiyyələrinə sevinin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı müsbət fikir formalaşdırın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Günün ilk yarısında peyda olacaq səbəbsiz təlaşın öhdəsindən gəlin. Gərilmiş əsəblərə fikir verməyin. Belədə tezliklə sakitləşə bilərsiniz.
Alış-veriş üçün yaxşı zamandır. Aldığınız əşyaların orijinal olmasına can atın.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. İlk dəfə gördüyünüz insanların hamısı ilə sonradan təmasları qorumağa dəyməz. Mənasız əlaqələr və dəyərsiz insanlardan qurtulun.
Milli.az
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi