Sahibə Qafarovanın başçılıq etdiyi heyət Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

img

26-10-2023 [18:59]


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Mia.az xəbər verir ki, spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA