İsrail Livanın cənubuna artilleriya zərbələri endirib - Bölgədə güclü yanğın başlayıb

img

26-10-2023 [14:35]


İsrail Livanın cənubuna artilleriya zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin artilleriya atəşi Livanın cənubunda yanğına səbəb olub.

Livanın rəsmi agentliyi NNAnın məlumatına görə, İsrail bəzi evlərə yaxın əraziləri və qəsəbə ətrafındakı zeytun bağlarını artilleriya atəşi ilə vurub: "Zərbələrdən sonra güclü yanğın başlaylb. Hazırda yanğın sürətlə  evlərə doğru yaxınlaşır. Mülki müdafiə qrupları, yanğınsöndürmə briqadası və Birləşmiş Millətlər Təşkilatının Livan Müvəqqəti Sülh Qüvvələri yanğını söndürmək üçün hərəkətə keçib".

Yeri gəlmişkən, İsrail ordusu blokadada olan Qəzza zolağına son 24 saatda təkcə 250 hava zərbəsi endirib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA