MN: "Qarabağ bölgəsində aşkar olunan sursatların bir qismi 2021-ci ildə istehsal edilib"

img

26-10-2023 [14:06]


Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan "TOS-1A" odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bundan başqa, bölgədə aşkar edilən “Kornet” və "Faqot" tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

"Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur",


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA