Misirdən İsrailə güc nümayişi: sərhədə ordu toplandı - Sisi mesaj verdi (FOTO)

img

26-10-2023 [00:03]


İsrail və Fələstin arasında müharibənin şiddətləndiyi bir dövrdə Tel-Əviv yönətiminə əzələ nümayişi mesajl verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi 4-cü Zirehli Diviziyanı İsrail sərhədinə yaxın Süveyşə toplayaraq onlaırn döyüş qabiliyyətini şəxsən yoxlayıb.

Keçmiş ordu rəhbəri, hazırkı ölkə başçısının bu jesti dünya mediası tərəfindən “İsrailə qarşı güc nümayişi” qiymətləndirilib.

Diviziyanın yoxlama mərasimində çıxış edən Sisi Misir ordusunun gücündən, qüdrətindən ağızdolusu danışıb.

O, daha sonra Qəzzadakı qırğına toxunaraq deyib: "Misirlilərə deyirəm ki, biz Qəzza zolağında vəziyyətin nəzarətdən çıxmaması üçün tam gücümüzə çalışır və atəşkəs yaratmaq istəyirik. bununla belə, Qəzza zolağındakı mülki əhaliyə lazımi yardımı göstərmək üçün böyük səylər göstəririk".

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA