“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi seminarlar keçirib

img

25-10-2023 [21:44]


 “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 13.10.2023-cü il tarixdə Sabirabad rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Region gəncləri arasında narkomaniya və QİCS əleyhinə mübarizə istiqamətində tədbirlərin təşkili” və “Ucqar Regionlarda İnsan Alverinə Qarşi İctimai Fəallığın Artırılması” mövzusunda seminar keçirib.

Mia.az xəbər verir ki, seminar zamanı  Sabirabad  rayonunundan olan  fəal iştirakçılar arasında narkomaniya, QİÇS əleyhinə, insan alveri haqqında və insan alveri əleyhinə maarifləndirmə işləri aparılmışdır. Seminar zamanı narkomaniya, QIÇS-in nə olduğu, necə yayılması barədə, insan alveri probleminin nə qədər ciddi olması barədə  ətraflı məlumat verilmiş 

İştirakçılara Respublika QİÇS-lə mübarizə mərkəzi haqqında, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “ Q a y  n a r   x ə t t ” (tel: 152 və 562-21-12) haqqında məlumat verilmişdir. 152 “Qaynar xətt”nin insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, yardım məqsədilə məlumat-məsləhət xidməti göstərirməsi haqqında geniş bilgi verilmişdir.

Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsənov Həsən narkamaniya, QİÇS və eyni zamanda insan alveri ilə bağlı rayonda aparılan işlər barədə iştirakçılara geniş məlumat vermişdir və tədbir sual-cavab müzakirə ilə yekunlaşmışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR