Vitali Balasanyana cinayət işi açılıb

img

25-10-2023 [16:25]


Ermənistanın İstintaq Komitəsi Qarabağdakı keçmiş qondarma qurumun “sabiq təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan barədə qanunsuz silah saxlamaq faktı üzrə cinayət işi başladıb.

“Armenia Today” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, Vitali Balasanyan “Makarov” tipli tapançanı təhvil verməyib.

Qor Abramyan deyib ki, bu fakt üzrə ona qarşı qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddəsi üzrə cinayət işi başlanıb. Bu iş üzrə maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA