Nizami rayonunda daha bir özbaşınalıq: piyada səkisi sökülüb - FOTOLAR

img

25-10-2023 [13:16]


Paytaxtın Nizami rayonunda daha bir piyada səkisi "obyekt" sahibləri tərəfindən sökülüb.

Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, rayonun, Şərq küçəsində Azərsutikinti Xəstəxanasının yanında piyada səkisi sökülüb.

Yeni tikilən obyektin sahibinin burada piyada səkisi hesabına "parkinq" yaratmaq istədiyi ehtimal olunur.

Mia.az-ın məlumatına görə, son aylar Nizami rayonunda  qanunsuz və ya dövlət və xalqın maraqları nəzərə alınmadan xeyli tiklilər aparılır. Rayonda yaşıllıq ərazilərində, hətta çoxmərtəbəli yaşayış binalarının həyətlərində aparılan qanunsuz tiklilərlə bağlı narazılıq pikk həddə çatıb.

Bu və ya digər mqəamlarla bağlı araşdırmalarımız davam edir.

Samir Musayev

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR