Türkiyədə müğənni həbs olundu - 2 il 2 ay 25 gün müddətinə

img

25-10-2023 [12:37]


Fətullahçı Terror Təşkilatının "media təşkilatlanması" ilə bağlı açılan cinayət işində cəzası Ali Məhkəmə tərəfindən ləğv edilən müğənni Atilla Taş yenidən həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Atilla Taş bu dəfə  dövlət məmurunu təhqir etdiyi üçün mühakimə olunub.

Məlumata görə, bu gün İstanbul 25-ci Ağır Cəza Məhkəməsində dövlət məmurunu, o cümlədən hərbi-polis təşkilatını təhqir etmək ittihamı ilə hakim qarşısına çıxaırlıb.

Xəbərdə deyilir ki, müğənni iclasa qatılmayıb: "Son iclasda müttəhim Atilla Taş iştirak etməyib. Taşı vəkili təmsil edib. Məhkəmə kollegiyası müttəhim Atilla Taşa "vəzifə borcuna görə dövlət məmurunu təhqir etmək" maddəsi ilə 1 il 9 ay 25 gün, "hərbi və polis qüvvələrini təhqir etmək" maddəsi ilə isə 5 ay həbs cəzası verib. Beləliklə, Atilla Taş 2 il 2 ay 25 gün həbs cəzası alıb".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR