"Mustafa Kamal Atatürk - 2023”: nazirlər yeni silahlara baxdı - VİDEO

img

24-10-2023 [14:03]


Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

Mia.az xəbər verir ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA