İsrail MN: "Ordumuz hazırdır, siyasi göstərişlər gözləyirik" - "ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyat təcrübələrindən dərs almışıq"

img

24-10-2023 [13:40]


"Ordumuz hücuma hazırdır, siyasi göstərişlər gözləyirik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Daniel Hagari deyib.

Onun sözlərinə görə, ordu Qəzzaya quru əməliyyatı üçün tam şəkildə səfərbər olunub, hər cür hazırlıqlar görülüb: "Qəzza sərhədində İsrail ordusunun hərəkətliliyi davam edir. Quru əməliyyatı üçün siyasi siqnalı gözləyirik. Biz əməliyyat üçün tam hazır və qərarlıyıq".

ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyat təcrübələrindən dərs aldıqlarını bildirən Hagari bildiirib ki, yeganə fərq müharibənin İsraildən minlərlə mil uzaqda deyil, öz sərhədlərində olmasıdır.

İsrail ordusunun sözçüsü əlavə edib ki, onlar yaxın vaxtlarda quru əməliyyatına başlaya bilərlər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR