ABŞ: "Biz atəşkəsə qarşıyıq" - "HƏMAS hücumları davam etdirə bilər"

img

24-10-2023 [10:26]


"Biz Qəzzada atəşkəsə qarşıyıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, İsrail və Fələstin arasında atəşkəs ideyasını dəstəkləmədiklərini, çünki HƏMAS-ın bu atəşkəsdən istifadə edə və İsrailə hücumlarını davam etdirə biləcəyini söyləyib: "Bu səbəbdən ABŞ Qəzzada atəşkəs çağırışlarını rədd edir. Bəli, istənilən səviyyəli  atəşkəs HƏMAS-a dincəlmək, yenidən İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək”.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR