150 manata buraxılış vərəqi, 76 manata təlim pulu, 7 illik lisenziya oyunu və... - Taksi sürücülərini gərgin günlər gözləyir
24-10-2023 [10:05]
Taksi fəaliyyətində dəyişiklikləri nəzərdə tutan “Avtomobil nəqliyyatı haqqında” qanun oktyabrın 1-dən qüvvəyə minib. Amma hələlik sürücülər konkret tələblərlə üzləşməyib.
Sürücülər 2024-cü il yanvarın 1-dən mexanizmin tam işə düşəcəyini bildiriblər. Amma onlar dəyişikliklərdən narazıdır.
Mia.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər xüsusi icazə vərəqi almalıdır.
Bunun üçün 5 günlük təlim vacibdir. Rüsum 76 manatdır. Sərnişindaşıma üçün buraxılış vərəqi 150 manata veriləcək. Üstəlik, avtomobildə taxoqraf və taksometr olmalıdır. Bunların pulunu da sürücü ödəməlidir. Sonra 7 illik lisenziya veriləcək. Təxminən 500-700 manat xərcdən söhbət gedir. Sürücülər bu xərcə hazır deyillər.
Bizimyol.info xəbər portalına danışan Telman Mürsəlov böyük çətinliklə üzləşdiklərini deyir: “O məbləği ödəmək çətindir. Mən niyə 76 manat ödəməliyəm ki?! Bu boyda təcrübəm var. Mənim verməyə pulum yoxdur. Proses sadə olmalıdır. Nə qazanırıq ki, bu qədər pul ödəyək? Qazandığımız ərzağa güclə çatır. Əlavə nəsə ödəməyə gücümüz yoxdur. Mənim nə qədər ömrüm qalıb ki?! Bəlkə heç 7 il yaşamayacağam?”
Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər qarşısında başqa tələblər də qoyulur. Onlar hər xəttə çıxacaqları gün tibbi müayinədən keçməli, üstəlik, avtomobili texniki baxış üçün hansısa qaraja aparmalıdırlar. Sürücülər bunu mümkünsüz sayır. Hər şeydən əvvəl günün əvvəlində qarajlar texniki baxış keçirməyə hazır olmaya bilərlər. Heç kim xüsusi olaraq sürücünü gözləməyəcək. Elə tibbi müayinə haqda da bunu demək olar.
Tutaq ki, sürücü səhər tezdən tibbi müayinədən keçdi. Hər şeyin qaydasında olduğu dəqiqləşdi. Günorta spirtli içki və ya narkotik vasitə qəbul edə bilməzmi? Mümkündür, axı.
Ümumiyyətlə, ortaya çoxlu suallar çıxır. Dəyişikliklərin müəllifləri bildirir ki, məqsəd keyfiyyətli xidmət, qeyri-formal məşğulluğun qarşısını almaqdır. Bunu sürücüləri böyük xərcə salmamaqla etmək olmur? Sürücü hər səhər avtomobilini texniki müayinədən keçirəcəksə, onda hər il tətbiq olunan texniki baxış nə üçündür?
Görünən odur ki, rüşvət üçün yeni şərait yaranır. Təəssüf, ölkədə dəyişikliklər insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət etmir. Sanki bu yeniliklər camaatdan daha çox pul qoparmaq məqsədi daşıyır.
MİA.AZ
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ