Azərbaycan-Türkiyə hərbi təliminin növbəti planı bəlli oldu
24-10-2023 [09:11]
Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimində icra olunan fəaliyyətlər planı məlum olub.
Mia.az xəbər verir ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təliminin planı aşağıdakı kimidir:
1. Təmas xəttində yerləşən mövqelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan ve Türkiyə komando bölükləri birgə sızma fəaliyyətlərinin icra edilməsi;
2. Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu və dərinliklərində hava və radiokəşfiyyat aparılaraq düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılacaq. Bu zaman düşmən sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radiolokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların növünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi fəaliyyətləri icra olunacaq.
Həmçinin düşmən pilotsuz uçuş aparatları ilə mübarizə aparan bölmələrimiz xüsusi vasitə ilə düşmən pilotsuz uçuş aparatına radiomaneələr tətbiq edərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməyə imkan verilməməsi, düşmən bölgəsinə geri qaytarılması və ya aldadılması tapşırığını icra edilməsi;
3. Düşmənin HHM vasitələri zərərsizləşdirildikdən sonra açılan hava koridorunda F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri onun cəmləşmə məntəqələrinə aviasiya zərbələri endirəcək.
4. Tank əleyhinə idarəolunan raket kompleksləri və düzünə tuşlamaya çıxarılmış T-90 tankları tərəfindən düşmənin 1-ci eşalonunda yerləşən zirehli döyüş maşınları və mövqeləri məhv edilməsi;
5. Bölmələrimizin mütəşəkkil irəliləməsini, düşmən üzərində atəş üstünlüyünün əldə olunması məqsədilə onun döyüş mövqelərinə, artilleriya və minaatan batareyalarına, KMM-lərinə, canlı qüvvə və atəş vasitələrinə artilleriya vasitələrindən kütləvi atəş zərbələri endiriləcək. Bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyünü qoruyub saxlanılacaq, düşmənin itirilmiş idarəetməsini bərpa etməsinə imkan verilməyəcəkdir. Təminat yollarında batareyaların zərbə basqınlarından sonra Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti;
6. Mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra
birgə taktiki və xüsusi təyinatlı qruplar düşmən mövqelərinə basqın edərək, onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri icra olunması;
7. Sonra 2-ci eşelon bölmələrinin hərəkəti başlayacaq. Düşmənin dayaq məntəqələri ələ keçirildikdən sonra irəliləyən bölmələrimizin effektiv və fasiləsiz atəş dəstəyini təmin etmək məqsədilə minaatan batareyalarının əsas mövqeyindən ehtiyat atəş mövqelərinə tağımlarla yerdəyişməsi prosesləri icra olunacaq. "Bayraktar TB-2" vasitəsilə düşmənin "İsgənder" və "Toçka-U" taktiki raket komplekslərinin məhv edilməsi;
8. Bununla bərabər düşmən mövqeləri piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçiriləcək, onun tankəleyhinə silahlarını təsirsiz hala gətirməklə, tankların çevik və sürətli manevr qabiliyyəti ilə vurucu atəş gücündən, eləcə də tüstü pərdəsinin qoyulmasından faydalanaraq piyada döyüş maşınlarından (PDM) desantin endirilməsi fəaliyyəti icra olunması;
9. Endirilmiş piyada manqaları düşmənin ön xətdə yerləşən canlı qüvvəsini ştat silahları ilə məhv edəcək. Minalardan və düşmənin birbaşa atışlarından qorunmaq məqsədilə piyadalar texnikaların arxası ilə hərəkət edərək mövcud vəziyyətə görə sıçramalı və himayəli şəkildə irəliləməsi;
10. Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli
şəxsi ələ keçirmək üçün düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq. Qrupların hava yolu ilə düşmən arxasına endirilməsi və düşmənin vəzifəli şəxsinin pusqu yolu ilə ələ keçirilməsi və yaşayış məntəqəsinin təmizlənməsi fəaliyyəti icra edilməsi;
11. Hədəf bölgəsi ələ keçirildikdən sonra bölmələrimizin hədəfdə tərtiblənməsi və sonrakı tapşırıqlarının atəş dəstəyini təmin etmək, atəş üstünlüyünü saxlamaq məqsədilə artilleriya batareyalarının əsas atəş mövqeyindən ehtiyat atəş mövqeyinə taqımlarla yerdəyişməsi;
12. Həmçinin bütün təlim nöqtələrində sanitarların yaralı və şəhid olmuş hərbi qulluqçuları təxliyə etməsi fəaliyyətləri icra olunacaq. Eləcə də xüsusi təyinatlı qrupların minmə məntəqəsində toplanması və hava yolu ilə təxliyə olunması.
47 GÜNLÜK İCRA BAŞÇISI VƏZİFƏDƏN AZAD OLUNMASI HAQDA SUALDAN QAÇDI: "Uyğun vaxt olanda..."
Putin Trampın sülh təşəbbüsünü əlinin tərsiylə geri çevirdi: "Zaporojye də bizim olacaq..."
Türkiyənin 19 şəhərində məktəblər bağlandı - Qara görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident və ailə üzvləri “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış olublar - VİDEO
RƏSMİ MOSKVA DANIŞIQLARDAN GERİ ÇƏKİLİR? - Rusiya Putinin iqamətgahına hücum olduğunu deyir və...
HƏMAS-ın tanınmış şəxslərinin ölüm faktı təsdiqləndi
47 günün icra başçısı niyə vəzifədən azad edildi? - İddia var
Dövlət Agentliyində yeni təyinat olub
Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşısı seçildi – ÖZƏL
Leyla Əliyeva Milli Xalça Muzeyini ziyarət edib
Prezident İlham Əliyev və ailəsi "Bakı Ağ Şəhər"də - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kriştiano Ronaldo: "1000 qol vurana qədər futbol oynayacam"
Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Sahil Babayevdən daha bir - Təyinat
Emin Əmrullayevə yeni müşavir təyin edilib - O, kimdir?
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
bp şirkəti müqavilədən niyə imtina edir? - Qalmaqal
Dövlət Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb
Bu icra başçıları yol üstündədir - Qəzənfər Ağayev, Adil Vəliyev, Zakir Fərəcov, Vidadi İsayev və...
Hərbi xidmətlə bağlı yeni fərman verildi - DƏYİŞİKLİK
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə aparıb
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib
İcbari Tibbi Sığorta Fondu haqqında fərman imzalayıb
Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi: 3 polis şəhid olub, 8-i yaralanıb - 6 terrorçu məhv edildi (Yenilənib)
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Qazaxda avtomobil aşıb, ölən var
Altay Göyüşovun məhkəməsi başlayıb
Hərbçi qəzada ölüb
Daha bir məşhur serial ekranla vidalaşdı - Reytinqə görə
Xanım müğənni sinə kiçiltmə əməliyyatına girdi, indisə bədəni çürüyür - Həkimlə bağlı araşdırma aparılır
Misir Mərdanovdan vəzifədən uzaqlaşdırılmasına reaksiya: "Zəng edib dedilər ki, imza at.."
Türkiyə futbolunda qumar - Daha 26 nəfər məhkəməyə göndərildi
Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib
"Yuventus" türk futbolçunun maaşını qaldırıb - 6 milyon avroya
Bayram günləri banklar işləyəcək
AFCON 2025: Hans komandalar qalib gəlib?
Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
ABŞ-da iki vertolyot havada toqquşub - Ölən və yaralanan var
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"