İran İsraili hədələdi: "Əmr gələn kimi, Hayfa şəhərini tərəddüd etmədən raketlə vuracağıq"

img

23-10-2023 [14:03]


Qəzzaya hücumlarını davam etdirən İsrail İran tərəfindən  yenə hədələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun rəis müavini Əli Fədəvi Tehran Universitetində iranlı tələbələrlə görüşdə bölgədə şiddətlənən müharibədən danışıb.

Günlərdir Qəzzanı bombalayan İsrailə yeni təhdid edən Fədavi bildirib ki, əmr verildikdə İsrailin Hayfa şəhərini tərəddüd etmədən vuracaqlar: "Bəziləri bizim Hayfanı raketlə birbaşa vuracağımızı düşünür. Təbii ki, lazım gələrsə və əmr veriərsə, bu, tərəddüd etmədən həyata keçiriləcək. Siz bunu raket hücumu kimi də görə bilərsiniz, başqa cür də".

Rəis müavini daha sonra İsrailin "dəmir gümbəz" müdafiə sistemini qoruma mexanizmini yetərli olmadığını iddia edib: "Onun qorumaq imkanı 30 faizdən çox deyil...".

Firudun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA