Azərbaycan və Türkiyə komandoları bir arada - VİDEO

img

20-10-2023 [12:08]


Cari ilin oktyabr ayının 23-25 tarixlərində Azərbaycanda keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA