İSRAİL GENİŞ HÜCUM ANONSU VERDİ - Netanyahu "hazırıq" dedi, müdafiə naziri isə "Hizbullah"a səsləndi: "Müharibə istəyirsənsə, Qəzzanın fotolarına bax!"

img

20-10-2023 [00:05]


İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant İsrail ordusunun blokadada olan Qəzza zolağına qurudan hücuma hazır olduğunun anonsunu veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Netanyahu Qəzza sərhədi yaxınlığında hərbçilərlə görüşüb.

Bu barədə sosial media hesabında əsgərlərlə şəklini paylaşan Netanyahu geniş miqyaslı hücumun anonsunu verib: “Biz hazırıq!".

İsrailin müdafiə naziri Gallant isə hərbçilərlə görüşdə belə deyib: "İndi Qəzzanı uzaqdan görürsünüz. Tezliklə içəridən də görəcəksiniz".

Müdafiə naziri Livan sərhədində "Hizbullah" ilə yaşanan gərginliyə də toxunub və onları Qəzzadakı bombardmandan dərs götürməyə çağırıb: "Hizbullah müharibəyə başlamaq istəyirsə, ilk növbədə Qəzza şəhərinin fotolarına baxmalıdır".

Samir Musayev

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA