Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilmədi

img

05-06-2014 [12:56]


Həbsdə olan jurnalist Rauf Mirqədirovun bu gün apellyasiya şikayətinə baxılıb. Bu barədə jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.

Səbail Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib:

"Mirqədirovun qohumları ilə görüş, telefon danışıqları məsələsinə baxılıb. Şikayətin təmin olunmama səbəblərini açıqlamadılar. Yəqin bunu öz qərarlarında açıqlayacaqlar. Ləmbaranskinin qərarından olan şikayətimizə isə sabah baxılacaq".

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov dövlətə xəyanət maddəsilə ilə ittiham olunaraq həbs edilib. Onun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA