Bakıda daş karxanasında dava düşdü, qan töküldü-ölən və yaralananlar var

img

26-05-2014 [13:31]


Bakıda daş karxanasında ölümlə nəticələnən dava baş verib. MIA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən F.Məmmədov mayın 26-da orada dünyasını dəyişib, Q.Həsənovun vəziyyəti orta-ağırdır.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA