PUTİNDƏN ABŞ-a GÖZDAĞI XARAKTERLİ XƏBƏRDARLIQ: "İsrailə göndərdikləri gəmiləri hipersəsli raketlərimizin hədəfindədir, xatırladıram"

img

19-10-2023 [00:08]


Rusiya prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsində Təl-Əviv rəhbərliyinə tam dəstək verdiyini bəyan edən və Aralıq dənizinin şəriqinə nəhəng təyyarədaşıyan donanma göndərən ABŞ-a hədələyici xəbərdarlıq edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin Çinə səfəri çərçivəsində jurnalistlərin suallaırnə cavablandırarkən İsrailin Qəzzanı bombardman etməsinə və Yaxın Şərqdə ABŞ-İsrail birliyinin  güc qazanmasına toxunub.

Putin Aralıq dənizinə iki nəhəng savaş gəmiisi göndəərn və bununla da bölgə dövlətlərini İsrailə qarşı çıxmaqdan çəkindirdiyini açıqlayan ABŞ-ın son davranışlarına gözlənilməz reaksiya verib.

Rus lideri deyib ki, ABŞ-ın təyyarələrlə dolu nəhəng savaş gəmisi Rusiyanın "Kinjal" hipersəsli raketlərinin əhatə dairəsindədir: "Mən Rusiya Hərbi Hava və Kosmik Qüvvələrinə Qara dənizdə patrul fəaliyyətlərini artırma təlimatı vermişəm. Artıq "Kinjal" raketləri daşıyan Miq-31 təyyarələri Qara dənizdə patrul xidmətinə başlayıb. Aralıq dənizində mövqe tutan Amerika təyyarə gəmiləri Rusiyanın Kinjal hipersəs raketlərinin əhatə dairəsindədir. Mən bunu təhdid kimi deyil, məlumat, bilgi üçün deyirəm. Bu, sadəcə, bir xatırlatmadır".

Xatırladaq ki, Rusiyanın istehsal etdiyi nüvə qabiliyyətinə malik hipersəsli aero-ballistik hava-yer tipli raket 2 min kilometrdən çox mənzili dəqiq vurması ilə tanınır. Həm adi, həm də nüvə başlıqlarını daşıyan və Tu-22M3 bombardmançı və ya MiQ-31K təyyarələrindən buraxılan Kinjal raketinin Rusiyanın Cənub Hərbi Dairəsi və Qərb Hərbi Dairəsindəki hava bazalarında yerləşdirildiyi məlumdur.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR