BMT TŞ-də toplantı - ABŞ hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnaməyə veto qoyub

img

18-10-2023 [22:04]


Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və HƏMAS arasında atışkəs tələbi barədə layihənin qəbuluna mane olub.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS arasındakı münaqişələrlə bağlı iclas keçirib.

Birləşmiş Ştatlar iclasda Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və HƏMAS arasında döyüşün dayandırılması və atəşkəsin elan olunmasından bəhs edən edən qətnamə layihəsinə veto qoyub.

Məlumata görə, Braziliyanın hazırladığı qətnamə layihəsini 12 üzv dəstəkləyib, Rusiya və Böyük Britaniya isə bitərəf qalıb.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA