Bayden İsraildə belə qarşılandı: "Xəstəxananı qarşı tərəfin vurması görünür" - İlk mesajlar verildi (VİDEO / FOTO)

img

18-10-2023 [12:57]


İsrailin dünən gecə Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumundan sonra İordaniyaya səfəri ləğv edilən ABŞ prezidenti Co Bayden İsrailə gəlib. 

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, onu hava limanında ölkə prezidenti Hersoq, Baş anzir Netanyahu və digər dövlət rəsmiləri qarşılayıblar.

İlk olaraq Baydenin qarşısına çıxan Netanyahu ona sarılaraq səfərə və ölkəsinə qeyd-şərtsiz dəstəyə görə Baydenə təşəkkür edib.

Bayden isə "Bu çətin anda İsrailin yanındayıq. Kimsə buna şübhə edə bilməz, hamı bunu bilməlidir" deyib.

Prezident Hersoq da səfərə və dəstəyə görə Baydenə minnətdarlıq edib.

Daha sonra Netanyahu ilə ikitərəfli görüş keçirən Bayden burada ötən axşam 500-dən şox ölünün olduğu xəstəxananın bombalanmasına toxunub: "Üzgünəm, amma bunu İsrail deyil, qarşı tərəfin etdiyi görünür. Amma çox adam əmin deyil".

Xatırladaq ki, İsrailə çatan Baydenin görüşlərdə humanitar yardımların Qəzzaya daxil olmasına icazə verilıməsini qaldıracağı da deyilir.

Bundan başqa, ABŞ prezidentinin ölən və girov götürülmüş israillilərin ailələri və İsrail komandaları ilə də görüşü nəzərdə tutulub.

Tahir Şəlvəli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR