ABŞ Livanla bağlı xəbərdarlıq elədi, səfirlik işçilərinə ölkədən çıxmağa icazə verdi - Yeni müharibə olacaq?

img

18-10-2023 [11:29]


"Gözlənilməz təhlükəsizlik vəziyyəti" səbəbi ilə ABŞ öz vətəndaşlarına ən yüksək - 4-cü səviyyəli "Qətiyyən Livana getməyin" xəbərdarlığını edib.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin internet saytında məlumat yer alıb.

4-cü səviyyəli xəbərdarlıqda deyilir: “İsrail və İsrail arasında münaqişə səbəbindən Livana səfər etməyin".

Bildirilib ki, terrorizm, vətəndaş itaətsizliyi, silahlı qarşıdurmalar, cinayət, adam oğurluğu və ABŞ-ın Beyrutdakı səfirliyinin ABŞ vətəndaşlarına göstərdiyi məhdud xidmətlər səbəbindən bu ölkəyə səfərlər olmamalıdır.

Ağ Ev bununla yanaşı, Livanda "gözlənilməz təhlükəsizlik vəziyyəti" səbəbindən ölkənin Beyrutdakı səfirliyində çalışan personalın ailələri və bəzi personalın ölkəni tərk etməsinə icazə verib.

Firudun Səfərli

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA