Ərdoğanın AKP-sindən kütləvi istefa

img

05-06-2014 [12:03]


AKP-nin İzmir şəhəri təşkilatı rəhbərliyi və heyəti kütləvi istefa verib. 


ANS PRESS-in məlumatına görə, istefa ərizəsini təqdim edən partiyanın İzmir şəhəri təşkilatı rəhbəri Ömər Cihad Akay 41 aylıq vəzifəsi müddətində öz işindən razı olduğunu və şərəflə işdən ayrıldığını bildirib.

Ötən həftənin cümə günü təqdim edilən 55 istefa ərizəsi partiyanın sədr müavini Süleyman Soyluya verilib. 

Bildirilir ki, həftə sonu İzmir koordinatoru olan Mehmet Yüksel ilə Saleh Koca İzmirə gələcək və bələdiyyə sədrləri, rayon başçıları, eləcə də məclis üzvləri ilə danışıqlar apardıqdan sonra çıxan adları Soyluya verəcəklər. Son qərar isə baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.

Xatırladaq ki, bir həftə əvvəl də ölkənin digər bir neçə şəhərində partiyanın kütləvi istefası baş vermişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA