Ərdoğandan İsrailin xəstəxananı bombalamasına sərt - Reaksiya

img

18-10-2023 [00:06]


Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada xəstəxananı bombalaması və nəticədə 500-dən çox insanın ölməsinə sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında yazıb:

“Qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin ən əsas insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.

Xatırladaq ki, xəstəxananın bombalanması nəticəsində aralarında uşaq və qadınların olduğu ən azı 500 mülki şəxs ölüb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA