Zöhrab İsmayıl REAL Partiyasından istefa verib

img

17-10-2023 [10:01]


İqtisadçı, keçmiş jurnalist Zöhrab İsmayıl REAL Partiyasından istefa verib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabında belə paylaşım edib: "Dostlar, bu gündən etibarən hər hansı siyasi mənsubiyyətim yoxdur. Əlavə hər hansı qeyd, şərh olmayacaq".

Qeyd edək ki, REAL bu yaxınlarda təkrar qeydiyyata alınıb. Zöhrab İsmayıl isə bu partiyada İqtisadiyyat şöbəsinə rəhbərlik edirdi.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA