ABŞ-da 6 yaşlı uşağa müsəlman olduğu üçün 26 bıçaq zərbəsi vuruldu - Bayden sərt reaksiya

img

16-10-2023 [09:31]


ABŞ-da 6 yaşlı müsəlamn uşağın amansızlıqla öldürülməsi, anasının isə 71 yaşlı kişi tərəfdindən ağır yaralanmasına ABŞ prezidenti Co Bayden reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Nifrət qarşısında səssiz qalmayacağam” deyən Bayden bu  dəhşətli hadisə barədə yazılı açıqlama yayıb.

O, ABŞ-ın İllinoys ştatında müsəlman olduğuna görə öldürülən uşağın ölümünə görə dərin kədər içində olduğunu iddia edib: "Bu cür dəhşətli nifrətin Amerikada yeri yoxdur. Bu, bizim əsas dəyərlərimizə ziddir".

Bayden qeyd edib ki, amerikalılar bir araya gələrək islamafobiyaya və hər cür nifrətə qarşı olmalıdırlar.

Müsəlman uşağın öldürülməsindən həyat yoldaşı ilə birlikdə şoka düşdüklərini ifadə edən Bayden bildirib ki, "nifrət qarşısında səssiz qalmayacaq”

Xatırladaq ki, dünən ştatda 71 yaşlı Cozef M. Czubanın müsəlman olduqları üçün 6 yaşlı uşaq və anasına bıçaqla hücum edib.

O, hazırda İsraillə Həmas arasında yaşanan savaşı bəhanə edərək, 6 yaşlı uşağa 26 bıçaq zərbəsi vurub. Ağır vəziyyətdə xəstəxanaya aparılsa da. onun həyatını xilas etmək mümlkün olmayıb. Çoxsaylı bıçaq zərbəsi alan anası isə hazırda xəstəxanada canı ilə əlləşir.

Firdun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA