ABŞ dövlət katibi: "Rəfah Sərhəd Qapısı yenidən açılacaq"

img

16-10-2023 [00:56]


Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısının yenidən açılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Antoni Blinken Amerika mediasına verib.

O, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə çox yaxşı görüş keçirdiyini bildirərək, qeyd edib ki, Qəzza xalqına əhəmiyyətli mühim olunacaq: "Bunun üçün Misirlə Qəzza arasında körpü rolunu oynayan "Rifah Sərhəd Qapısı" yenidən açılacaq".

Blinken Qəzzaya yardımların çatdırılması üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Misir, İsrail və digər ölkələrlə mexanizm işlək qurulacağını sözlərinə əlavə edib: "Biz bunun üçün ABŞ-ın Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi nümayəndəsi vəzifəsinə  səfir Devid Satterfildini təyin etmişik. O, texniki detalları tənzimləmək üçün bu gündən danışıqlara başlayacaq".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA