Naxçıvanda kütləvi ixtisarlar başlayıb
15-10-2023 [17:17]
Naxçıvanda fəaliyyət göstərən “Nəqşicahan MED” MMC-də kütləvi ixtisarlar başlayıb.
İxtisara düşən əməkdaşlar “Gündəlik Naxçıvan“a bildirirlər ki, işdən çıxarıldıqlarına görə onlara kompensasiya ödənilməyib. Bundan əlavə, həm ixtisara düşənlər, həm də hazırda şirkətdə çalışanlar iki aydan artıqdır ki, maaşlarını ala bilmirlər.
Məlumata görə, MMC indiyə kimi işçilərin böyük əksəriyyətini, yəni 30 nəfəri işdən azad edib. Hazırda şirkətdə çalışan B. S. deyir ki, ixtisarlardan sonra cəmi 10 nəfər işdə qalıb:
“Dedilər ki, siz qalıb işləyin, hər şey yaxşı olacaq. Hər gün işə gedib-gəlirik. İki aydır bizim maaşlarımızı vermirlər. Bu gün-sabah deyərək, yubadırlar. Belə getsə maaşlarımızı ala bilməyəcəyik. Çünki, işdən çıxarılan 30 nəfər işçinin son haqq-hesablarını və ödənişlərini də ödəməyiblər. Onlar da ödənişləri almaq üçün yollarda qalıblar. Hər gün mühasibatlığa müraciət edirlər. Əmək müfəttişliyinə şikayət də yazıblar. Lakin onların da şikayətinə baxan yoxdur”.
İxtisara salınanlardan Z. Məmmədov da həm qanunsuz işdən çıxarılmasından, həm də son ödənişlərinin verilməməsindən şikayətlənir:
“Dedilər ki, iş yoxdur, maaşları ödəyə bilmirik. Mənimlə bərabər 30-a yaxın işçini işdən çıxardılar. İşdən çıxararkən söz verdilər ki, bir neçə günə son haqq-hesablarımızı və ödənişlərimizi ödəyəcəklər. Aylar keçir, lakin son ödənişlərdən xəbər yoxdur. Deyirlər ki, iflas olmuşuq, pul yoxdur. Qanunsuz işdən çıxarılmağımız və son ödənişlərimizin verilməməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyinə ərizə ilə müraciət etmişik. Bu günə qədər məktubumuza cavab belə verilmir. Borc içində itib batırıq. Nə pulumuzu ala bilirik, nə də ki, iş tapa bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə”.
Əvvəllər keçmiş yerli hakim ailə Talıbovların nəzarətində olan “Nəqşicahan MED” MMC Naxçıvanda dərman və tibbi ləvazimat satışını tamamən monopoliyaya almışdı. Vasif Talıbovun istefasından sonra MMC də ailənin əlindən alınıb.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı