İsrail ordusundan Qəzzadakı mülki vətəndaşlara çağırış: "24 saat ərzində evləriniz tərk edin"

img

13-10-2023 [09:18]


İsrail ordusu Qəzzada quru əməliyyatına başlayır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq İsrail ordusundan Qəzzada yaşayan 1.1 milyon mülki vətəndaşa çağırış edib.

Ordu çağırışda əhalidən 24 saat ərzində evlərini boşaldaraq şəhərin cənub istiqamətinə yerləşməyi istəyib.

İsrail mediası yazır ki, önümüzdəki günlərdə mühüm əməliyyatlar həyata keçiriləcək: "Bölgə sakinləri növbəti xəbərdarlığa qədər Qəzzaya qayıda bilməyəcək".

Fələstin höpkuməti isə əhaliyə müraciət edərək, İsrailin evlərdən çıxmaq xəbərdarlığına əməl etməməyi xahiş edib: "İsrailin psixoloji savaşına boyun  əyməyin".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA