İsrail dövlət televiziyası: "ABŞ Qəzzadan Misirə humanitar dəhliz yaratmağa çalışır"

img

11-10-2023 [10:13]


"ABŞ Qəzzadan Misirə humanitar dəhliz yaratmağa çalışır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası (KAN) məlumat yayıb.

Bildirilib ki, ABŞ Qəzza zolağından fələstinlilərin və Amerika vətəndaşlarının təxliyyəsi üçün humanitar dəhliz yaratmaq üçün digər ölkələrlə müzakirə aparır.

KAN-ın xəbərinə görə, son 24 saat ərzində Vaşinqton administrasiyası bu istiqamətdə fəallaşıb.

Məlumata görə, bu hazırlıqlar İsrailin Qəzza zolağında quru əməliyyatına başlayacağı ilə əlaqədardır.

Xəbərdə fələstinlilərin Qəzza zolağından necə və hansıə qaydaya əsasən təxliyəsi, o cümlədən Misirdən sonra hara məskunlaşacaqları barədə ətraflı məlumat verilməyib.

ABŞ-ın İsraildəki səfirliyinin rəsmisi KAN-a açıqlamasında deyib: “Əlbəttə, biz misirlilər adından danışa bilmərik, lakin bu təxliyyəyə icazə verəcəklərinə əminik”.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR