PREZİENT ONLARA YENİ VƏZİFƏ VERDİ: bir səfir isə geri çağırıldı - SƏRƏNCAM

img

10-10-2023 [17:34]


Bu gün Prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Başqa bir sərəncamla Ruslan Rafael oğlu Nəsibov Azərbaycanın Efiopiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA