Hakan Fidan Şuşaya gəlib

img

10-10-2023 [12:39]


Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Mia.az xəbər verir ki, məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etməkdir.

H.Fidan hazırda Şuşadadır.

Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA