HƏMAS rəsmisi Tel-Əvivə mesaj verdi: "Siyasi dialoqa hazırıq" - İsrail MN isə geniş hücum anonsu verdi

img

10-10-2023 [00:06]


"HƏMAS İsraillə siyasi dialoqa açıqdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək vəzifəli rəsmisi Musa Əbu Mərzuk "Reuters"ə açıqlama verib.

O, HƏMAS-ın mümkün atəşkəsi müzakirə etməyə hazır olub-olmaması ilə bağlı suala belə cavab verib: "HƏMAS ilk hücumla məqsədinə çatdı. Ona görə belə bir müzakirəyə və bütün siyasi dialoqlara açıqdır".

Marzuk onu da deyib ki, Həmas İsraildən Rusiya və Çin vətəndaşları da daxil olmaqla, onlarla ikili vətəndaşı əsir götürüb.

Bu arada isə İsrail Müdafiə Nazirliyi isə bildirib ki, ölkə ərazisinə soxulan HƏMAS yaraqlılarının hamısı məhv edilib: "Biz artıq hücum əməliyyatına hazır vəziyyətdəyik. HƏMAS-a bizə hücum etməyin baha başa gələcəyini göstərəcəyik. Onlar üçün çox pis olacaq. Hətta yaraqlıların əsirləri öldürsə belə, hücumu davam etdirəcəyik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR