Ərdoğan İsrail prezidenti ilə danışdı - Bölgədəki savaş müzakirə olunub

img

09-10-2023 [21:04]


Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığında İsrail ilə HƏMAS arasındakı silahlı toqqşmalar müzakirə olunub.

Ərdoğan sağlam düşüncə ilə hərəkət etmənin vacibliyini vurğulayaraq qeyd edib ki, bu, bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb edir.

Prezident Ərdoğan görüşdə bölgədə narahatlıq doğuran münaqişələrə son qoyulması və davamlı sülhün təmin edilməsi istiqamətində Türkiyənin səylərinin getdikcə daha çox davam edəcəyini vurğulayıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA