İsrail ordusu: "Həlak olan əsgərlərimizin sayı artıb"

img

09-10-2023 [09:45]


İsrail ordusu HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında həlak əsgər sayının artdığını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu yazılı açıqlama yayıb.

Bildirilib ki, oktyabrın 7-də başlayan hücumlarda indiyədək 73 İsrail əsgəri həlak olub: "Son gündə 16 əsgərimiz döyüşlərdə həyatını itirib və bu barədə ailələrinə məlumat verilib".

Xatırladaq ki, İsrail ordusu daha əvvəl ümumilikdə 57 əsgərin həlak olduğunu açıqlamışdı.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR