Bakıda qadın polis əməkdaşına xəsarət yetirib

img

04-06-2014 [11:20]



Mərkəzi Univermaqda (MUM) iki qadın arasında dava düşüb. Səbail Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, Bakı şəhər sakini Züleyxa Tofiq qızı Səfərova polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün satıcı işlədiyi Azərbaycan prospekti-4 ünvanında yerləşən univermaqda müştəri qismində olan Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Zemfira Dursun qızı Vəkilova ilə aralarında baş verən mübahisə zəminində onu təhqir edib , vitrini sındırıb və qol saatlarını onun başına vuraraq xuliqanlıq edib.

Z. Vəkilova baş verən hadisə ilə bağlı polisə qarşılıqlı ərizə yazaraq bildirib ki, Z. Səfərova onu söyərək təhqir edib və güzgü ilə onu vurub.

Polisdən həmçinin bildirilib ki, baş verən hadisə zamanı orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İlqar Əli oğlu Ağayev onları ayıran zaman Z.Vəkilova onun sol qolunu cırmaqlayaraq xəsarət yetirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA