Şəhid polis Əzizbəy Muradov dəfn olunub (Yenilənib)

img

06-10-2023 [14:32]


Antiterror tədbirlərində ağır yaralanaraq şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polisi Əzizbəy Etibar oğlu Muradov Sabirabadda dəfn edilib.

Mia.az xəbər verir ki, şəhidin nəşi Ulacalı kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon rəhbərliyi, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub.

***

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.

Mia.az xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA