Sosial Tədqiqatlar Mərkəzi Qarabağdakı son vəziyyətlə bağlı ölkədə sorğu keçirib - Detallar
03-10-2023 [11:46]
Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması Qarabağ bölgəsinə nəzarətini təmin etməklə yanaşı, son 35 il ərzində Azərbaycana qarşı müharibə cinayətləri törədənlərin həbsinə də imkan yaradıb.
Bu ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin davam edən hərbi təxribat və terror hücumlarının qarşısının alınması, mülki insanların və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması məqsədilə başlatdığı antiterror tədbirləri erməni terrorçuların həbsi prosesini sürətləndirib.
Ötən dövr ərzində ermənilər tərəfindən beynəlxalq konvensiyaların tələblərinə, norma və prinsiplərinə zidd olmaqla Azərbaycan ərazisində yerli əhaliyə qarşı soyqırım və digər terrorçuluq cinayətləri, insanlıq əleyhinə cinayətlər, əhalinin məskunlaşdığı yerlərdən məcburi didərgin salınması, əsirlərə, girovlara qarşı amansız işgəncələr, mülki obyektlərə zərər vurulması, ərazilərin minalanması, maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması, dağıdılması faktları və sübutları üzrə Azərbaycanın hüquq-mühafizə və güc strukturları tərəfindən cinayət işləri açılaraq terror əməllərini törədənlər barəsində axtarış elan edilib.
Oktyabr ayının 1-i Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, sitat: “Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.
Həmçinin, prokurorluq nümayəndələrinin ötən ilə dair məlumatlarında qeyd olunur ki, Azərbaycan Respublikası Prokurorluğunun mərkəzi struktur qurumlarında Ermənistan Respublikasının törətdiyi cinayətlərlə bağlı 1200-ə yaxın cinayət işi istintaq olunmuş və 360 şəxs sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, şəxsiyyət əleyhinə, ictimai-təhlükəsizlik əleyhinə cinayətlər törətdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbsli axtarışa verilmişdir.
Mia.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığından irəli gələrək, bu istiqamətdə vətəndaşların mövqeyini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib. “Erməni silahlı qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalı, yoxsa onlar cinayət məsuliyyətinə cəlb edilməlidir?” sualına münasibətdə, respondentlərin 5.9%-i amnistiyanın tərəfdarı olduğunu, 90.7%-i onların cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib. Sorğu iştirakçılarının 3.4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Nəticələri respondentlərin sosial-demoqrafik məlumatlarına görə nəzərdən keçirdikdə, kişilərin 88.1%-i, qadınların 93.3%-i cinayət məsuliyyətinə cəlb olunmasını zəruri hesab edib. Həmçinin bu mövqe respondentlərin aid olduğu yaş qrupundan asılı olmayaraq, onların mütləq əksəriyyəti tərəfindən ifadə olunub. Sorğu iştirakçıları arasında orta təhsillilərin 94.8%-i, ali təhsillilərin 86.0%-i bu mövqedən çıxış edib.
Xatırladaq ki, ötən dövr ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətini maliyyələşdirən, qondarma rejimin “dövlət naziri” kimi çalışmış Ruben Vardanyan, “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” Davit Manukyan, Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan, Gəncə şəhərində mülki əhalinin hədəfə alan Davit Babayan, Meşəli kəndində dinc əhaliyə terror əməlləri törədənlərdən Vaqif Xaçatryan, azərbaycanlı əsirlərə qarşı amansız işgəncələr verməkdə ittiham olunan Lüdvik Mkrtiçyan, Alyoşa Xosrovyan və digərləri barəsində cinayət işi açılaraq həbs olunub.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO