Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-10-2023 [00:28]
Qoç - etibar etdiyiniz insanlarla səmimi olun. Özünüz barədə xoş sözlərlə yanaşı, sərt tənqid də eşidəcəksiniz.
Davranışınızda tranformasiya edin, əməllərinizdə aktiv dəyişikliklərə əl atın. İşlərdə də tənqidə sakit, normal yanaşın. Çalışdığınız yerdə rəhbərliklə mübahisə etməyin, əks təqdirdə nəticələr gözlənilməz ola bilər.
Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamayın. İşlər, onsuz da, çoxdur.
Axşam saatlarında passiv olmayın, yarımçıq işləri mütləq şəkildə tamamlayın.
Buğa - gərgin, mürəkkəb gündür. Münasibətlərin zahiri yönü xoşagəlməz hisslərə səbəb ola bilər. Yanlış hesablar, məğlubiyyətlər, pərişanlıq yaşanmasın deyə səbrli, təmkinli və fəndgir olun.
Müəyyən, yüngül şok istisna deyil.
Günün ikinci yarısında mövqelərinizi qoruyun, işlərinizə kimsənin müdaxilə etməsinə imkan verməyin. Rəqibə və ya bədxaha zərbə endirin. İntuisiya sizə istənilən ağır situasiyadan çıxış yolunu göstərəcək.
Yaxın ətrafınızdakı insanlara arxa durun.
Əkizlər - yaxın ətrafınızdakı insanların yaşamında mühüm hadisələr baş verir. Bu prosesləri maksimum diqqətlə izləyin. Çalışdığınız kollektivdə sayıq olun. Həmkarlar və rəhbərliklə münasibətləri korlamayın.
Maliyyə fonu uğurlu deyil. İtkilər riski var. Problemi dərhal, təcili həll etmək üçün düşünülməmiş, emosional qərarlar verməyin. Dəqiq məlumat və sübut olmadan kimsəni suçlamayın. Bilin ki, yaşananlar niyyət və istəklərinizdən asılı deyil. Olaylar əvvəllər yığılmış şərtlərin və hadisələrin toplusudur.
Günün ikinci yarısında situasiyadakı qeyri-müəyyənlik əhvalınıza pis təsir edir. Nigaranlıq və təşviş güclüdürsə, tələblərdən imtina edin, mövqeyinizi gücləndirin. Axşam saatlarında açıq havada gəzintiyə çıxın, qüvvənizi bərpa edin.
Xərçəng - uğurlu zaman, sərfəli gündür. Ciddi işə, sifarişə, istəyə hazır olun. Vəd etdiyiniz, amma başa vurmadığınız işləri mütləq şəkildə sizə xatırladacaqlar. Heç bir halda mübahisələrə qatılmayın.
Günün ikinci yarısında sərvaxt və sayıq olun. Tənbəllik etməyin, önəmli işlərdən yaxanızı kənara çəkməyin. Unutmayın ki, mənasız və səbəbsiz aqressivlik, sərt təzyiq münaqişəyə səbəb ola bilər. Planlarınızı pozmağa çalışan insan sizə təzyiq göstərməyə çalışır. Bu təzyiqləri zərərsizləşdirmək üçün maksimum səy göstərin.
Axşam saatlarında normal istirahət edin.
Şir - xüsusi diqqət və səlis davranış tələb edən gündür. Yaxın ətrafınızdakı insanların işlərinizə ifrat müdaxiləsinin qarşısını alın. Məqsədə doğru tələsmədən, aramla irəliləyin.
Günün ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Anlaşmalar və ya sövdələşmələr gəlir gətirə bilər. Planlarınızı başqalarının istəklərinə, ani xəyala qurban verməyin. Maddi durumunuzu düşünün. Bəzi məqamlarda güzəştə getmək olar. Axşam saatlarında passiv davranmayın.
Qız - əsas diqqəti məlumat, xəbər və informasiyanın əldə olunmasına, onların irəliləyiş və işlərin tamamlanması üçün istifadəsinə yönəldin. Aktiv olun, süstlük etməyin. Danışıqlar, ünsiyyət, əlaqələr, təmaslar və faydalı əməkdaşlıq da çox önəmlidir. Günün ikinci yarısında hansısa iş plana uyğun getmirsə, münaqişəli situasiya yaratmayın. Problemləri dəf etmək üçün alternativ yollar aramaqda fayda var. Düşünülməmiş qərarlar verməyin.
Ailə üzvlərinə qarşı müstəbid olmayın. Şəxsi münasibətləriniz sınaq dövrünü yaşayır. Axşam saatlarını ailəyə həsr edin.
Tərəzi - təmkinli, amma çevik və taktiki davranın. Birəmanlı olmayan məsələləri uzun-uzadı müzakirə etməyin, yaxın ətrafınızdakı insanlardan mümkünsüzü tələb etməyin. Yeni sifarişin icrasına başlayaraq gəlirləri artıra bilərsiniz. Günün ikinci yarısında işgüzar fon və imkanlar əlverişli olacaq. Gördüyünüz işlərdə kəmiyyətə yox, keyfiyyətə can atın. Proseslərin axarına mənasız müdaxilələr etməyin, süni təkanlara əl atmayın.
Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər yaşana bilər. Asudə vaxtınızdan bilik, bacarıq və təcrübənin artırılması üçün istifadə edin.
Axşam saatlarına yaxın boş vaxtınız, ümumiyyətlə, qalmayacaq.
Əqrəb - işlər çox, vaxt az olacaq. Həlli tələb edən problemlərin yaranma intensivliyi artır. Kənardan təzyiqlərə fikir verməyin, öz yolunuzla gedin. Əvvəlcədən müəyyənləşdirdiyiniz plan çərçivəsindən kənara çıxmayın.
Günün ikinci yarısında həllini çoxdan bəri gözləyən məsələ ilə bağlı yekun qərar verin. Əks təqdirdə rəqiblər sizi qabaqlaya bilərlər. Yeni işin müzakirəsinə başlamazdan əvvəl görüləcək işlə bağlı müfəssəl məlumatları əldə etməyə çalışın. Axşam saatlarında normal istirahət edin.
Oxatan - Borcu qaytarın, vədə əməl edin, sabahkı işləri tərəfdaş və ya şəriklə müzakirə edin. Aktiv davranın, tənbəllik edərək mühüm işləri təxirə salmayın. Dəyər verdiyiniz insanlardan birini tərəfdaşlığa cəlb edə bilərsiniz. Yaxşı bələd olmadığınız şəxslə əməkdaşlıq çox təhlükəlidir.
Günün ikinci yarısında bədxahlardan biri yenə də sizə qarşı məkrli plan qurur. Emosiyaların təsiri altında radikal addım atmayın. Yeni layihəyə tələbat yaranarsa, yarımçıq işlərin yükündən qurtulmağa çalışın.
Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - hiperaktivliyin yolverilməz olduğu zamandır. Nə istədiyinizi müəyyənləşdirin. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın.
Mövqeyinizi aktiv nümayiş etdirməyin. Önəmli bəyanat, açıqlama, ciddi iş və ya qonaq qəbulunu təxirə salın.
Günün ikinci yarısında valideynlərdən biri, yaşlı qohumla təmaslarda fikir ayrılıqları yarana bilər. Hövsələsizlik, səbrsizlik, dözümsüzlük etməyin. Sinirli və qıcıqlı davranıb könül sındırmayın.
Situasiyanı dəqiq qiymətləndirin. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Dolça - həftənin ən düşərli günlərindən biridir. Ambisiyalar və istəklər çoxdur, amma hər şey istədiyiniz kimi deyil.
Sövdələşmələri, danışıqları, mühüm görüş və müzakirəni, sənədlərin imzalanmasını, maliyyə vəsaitinin yerdəyişməsini təxirə salın. Borc almayın, borc verməyin.
Günün ikinci yarısında şəxsi münasibətlər diqqət mərkəzində olacaq. Nəzarət və təsirinizdən kənarda qalacaq məqamlar az deyil. Problemlərin həlli üçün addımlarınızı etibar etdiyiniz insanla razılaşdıra bilərsiniz.
Axşam saatlarında yeni tanışlıq və sövdələşmə perspektivli deyil. Təmaslarınza diqqət yetirin.
Balıqlar - qarışıq, mürəkkəb, narahat, qeyri-müəyyənliklərlə dolu gündür. Münasibətləri korlamamaq və ya hansısa istiqamətdə problemlər yaratmamaq üçün sayıq davranın.
Yaşanan dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz. Əsla gözləmədiyiniz halda dəstək, xəbər, faydalı məlumat ala bilərsiniz. Bəzi hadisələri təxminləməyə, təmayülü aşkarlamağa çalışın. Planlarınızda müəyyən məqamlara yenidən baxılmalıdır.
Günün ikinci yarısında hiss və emosiyalar çox, konkret addım atmaq istəyi az olmasın. Sizin işinizi başqası görən deyil. Aktiv və yaradıcı olun.
Milli.Az
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Avropa Liqası: iki ingilis komandası finalda "döyüşəcəklər"
Daha bir dövlət başçısı İlham Əliyevə zəng edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nihat Kahveciyə ağır cəza verildi - Uşaqlarına həsrət qalacaq
Katoliklər yeni Papa seçdi - İlk dəfə amerikalı dindar Vatikana rəhbərlik edəcək (FOTO)
Superkubokun yeni formatı açıqlandı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub (Yenilənib)
Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."
Okan Buruk seçim edib
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
Qəzzada ölənlərin sayı artıb
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam
"Səhiyyə TV" televiziya kanalının adı dəyişib
Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
Nazirliyə 5 milyon manat vəsait ayrılıb - Sərəncam
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib
AYNA-nın "aynasız işləri"... - FOTOLAR
Metz: "Böyük məsuliyyət hələ də üzərimizdədir"
Almaniyanın yeni kansleri: "Rusiya ən böyük təhdid olaraq qalır"
Rövnəq Abdullayevin qızının ərinin bankı indi də "keşbək"ləri kəsdi
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR
“Nar”ın baş icraçı direktoru Gəncədə konfransda çıxış edib - FOTO
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Abşeronda İran vətəndaşı tutulub
Bir qrup tanınmış şəxs Tofiq Yaqublu ilə bağlı müraciətə imza atdı
Sabahın hava proqnozu açıqlandı
Azercell-in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
Baş katibin xanımı İçərişəhərlə tanış olub
Milli Məclis bəyanat verəcək
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
Azərbaycan nefti 63 dollara düşdü
Musiqi müəllimlərin attestasiyası: növbəti mərhələ başlayır