Pentaqon İran və Şimali Koreyanı "daimi təhdid" adlandırıb - Rusiya və Çin isə...

img

29-09-2023 [12:10]


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası” adlı sənədində İran və Şimali Koreyanı “daimi təhdidlər” kimi xarakterizə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pentaqon 2014-cü ildən bəri ilk dəfə "Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası" sənədini dərc edib.

Sənəddə İran və Şimali Koreya “daimi təhdid”, Çin “artan təhlükə”, Rusiya isə “kəskin təhdid” adlandırılıb.

Məlumata görə, Şimali Koreya ilə bağlı bölmədə “Hadislərin inkişafı Şimali Koreyaya münaqişənin istənilən mərhələsində nüvə silahından istifadə etməyə imkan verir”, - deyə yazılıb.

İranla bağlı hissədə isə “İranın hazırda nüvə silahı proqramını davam etdirmədiyini, lakin bu ölkənin 2 həftədən az müddətdə nüvə silahı hazırlamaq üçün xammala malik olduğu" qeyd olunub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib